azia.az
azia.az

Xaricdən telefon gətirənlərə xəbərdarlıq! - VİDEO

16-02-2023, 09:26

Dünəndən etibarən gömrükdə bəyan edilməyən mobil telefonlar qeydiyyata alınmır. Bu qayda dəyəri 800 dollardan çox olan telefonlara aiddir.

Ödənməli rüsum məhz müəyyən edilmiş həddən artıq qalan hissədən çıxılır. 
Yəni, vətəndaşın gətirmək istədiyini telefonun qiyməti 1000 dollardırsa, bu zaman rüsum yerdə qalan 200 dollara görə hesablanır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən "Xəzər Xəbər"ə bildirilib ki, mobil telefonların İMEİ nömrəsinin qeydiyyata alınması prosedurunda da dəyişiklik edilib.

Qeyd edək ki, mobil telefonların bəyan edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinin internet səhifəsindən məlumat almaq mümkündür.
 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi