azia.az
azia.az

"Təranə qızlarını dilənçiliyə vadar edib"

16-02-2023, 09:22

Azərbaycan Uşaq Birliyinin Sədri Kamalə Ağazadə prodüser Təranə Səmədovanın qızları Suel və Adelin onların sığınacağında olduğunu bildirib. 


Yenilik.az xəbər verir ki, K.Ağazadə "Ümid ilə gəl" verilişinə telefonla zəng edərək uşaqların vəziyyətindən danışıb. O, bildirib ki, Təranə həbs edilməzdən əvvəl qonşuları uşaq evinə zəng vuraraq, qızların acınacaqlı vəziyyətdə olduğunu deyiblər:

"Qonşular dedilər ki, uşaqlar küçədədir, ananın şiddəti ilə qarşılaşıblar. Qonşuların İcra Hakimiyyətinə müraciət etmələrini məsləhət etdim. Çünki burada işi İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları,  Sosial Xidmətlər Agentliyi birlikdə çalışmalıdır. Sonra Təranə həbs edildi. Proses başladılıb, dövlət uşaqları himayəsinə götürəcək".

Proqramın aparıcısı Tarix Əliyev (Tolik) "Deyirlər, Təranə elə vəziyyətdə olub ki, övladını dilənçiliyə məcbur edib. Suel qucağında 7 aylıq uşaqla evlərinin önündə dilənçiliyə vadar edilib" sözlərinə: 

"Mənə qonşular da bununla bağlı xəbər verib. Uşaqların gecə saatında küçədə olma faktı var. Hazırda Suelin bura adaptasiya prosesi başlayıb. Psixoloji gərginlik var. Ailəsində xoşagəlməz halla qarşılaşıb ki, bura onun üçün rahat mühitdir. Uşaqla psixoloqların iştirakı ilə danışacağıq. Qızlar tibbi müayinədən keçdi. 7 aylıq körpədə inkişafı ilə bağlı geriləmə var".

Tolik bildirib ki, Suellin atası olan musiqiçi Abbas Səfərovla bağlı DNT analizi verəcək. O, Suelə ata tərəfindən aliment ödənilməsini təmin edəcəyini deyib.  

Qeyd edək ki, Təranə Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub. Onun Suel və Adel adlı iki qız övladı var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi