azia.az
azia.az

“Elə bilirdiniz, bu torbalar sizə havayı verilirdi?”

15-02-2023, 14:26

“Elə bilirdiniz ki, marketlərdəki politilen torbalar bu günə qədər Sizə havayı verilirdi? Xeyr, elə şey yoxdur”. 

Bunu sosial şəbəkədə iqtisadçı ekspert Eldəniz Əmirov yazıb.

O, bildirib ki, marketlərdə tavanda yanan lampalardan tutmuş havayı hesab edilən torbalara qədər hər şeyin xərci satılan məhsullar üzərinə paylanaraq istehlakçılara ötürülür:

“Maya dəyərinə nələrin daxil olduğuna baxın: Məhsulun maya dəyərinə istehsal prosesində istifadə olunan təbii ehtiyatların, xammalın, materialın, yanacağın, enerjinin, əsas fondların, əmək ehtiyatlarının qiymətləndirilmiş dəyərini, həmçinin onların istehsalına və SATIŞINA SƏRF EDİLƏN DİGƏR MƏSRƏFLƏR daxildir.

Torbanın xərci də böyük hərflərlə yazdığım sonuncu hissədə gizlənirdi. İndi bu xərci sadəcə çek üzərində 3-5 qəpik göstərəcəklər ki, insanlar məsuliyyətli olub, torbalardan lazımlı-lazımsız istifadə edib, təbiətə tullamasınlar. Torbalar nisbətən ekoloji tələblərə uyğun olsun, insanlar da daha səmərəli istifadə etsin.

Beləliklə, bu günə qədər torbanın qiyməti çek üzərində yazılmadığına görə elə bilirdik ki, market sahibi cibindən bizə politilen torba alır. Xeyr, elə şey yoxdur. Sadəlövh olmayın. Bu dünyada yalnız valideynin övladına olan məhəbbəti havayıdır, qalan heç nə havayı deyil”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi