azia.az
azia.az

“SƏDƏRƏK" TM-nin rəhbərliyi qardaş Türkiyəyə yardımlarını davam etdirir

13-02-2023, 12:23


Azia.az media-Ölkənin ən böyük topdansatış bazarlarından biri olan Sədərək Ticarət Mərkəzi də qardaş ölkə Türkiyədə baş verən və 10 şəhəri dağıntılara məruz qoyan güclü zəlzələdən zərər çəkmiş insanlara yardım kampaniyasına qoşulub. 

Sitat.info xəbər verir ki, hadisə baş verən gündən Sədərək TM-də Hacı Ənvər Qədimbəylinin rəhbərliyi ilə xüsusi qərargah yaradılıb. 

Bir neçə gündürk ki, Sədərək TM rəhbərliyi və burada fəaliyyət göstərən sahibkarlar könüllü olaraq çalışır,  yardım əli uzadırlar. Türkiyəyə çarpayılar, uşaq, qadın və kişilər üçün isti paltarlar, ayaqqabılar toplanıb. Artıq qardaş ölkəyə 3 TIR geyim malları göndərilib. 

Yardımlar davam edir və  qida məhsulları hazırlanır və onlar da  göndəriləcək. Hazırda qərargahda qızğın iş gedir. Həm TM rəhbərliyi, həm də könüllü sahibkarlar bu işdə fəal iştirak edirlər. 

Qeyd edək ki, təbii fəlakətin ilk günündən Sədərək Ticarət Mərkəzi rəhbərliyi Türkiyənin Azərbaycandakı səfirliyi ilə əlaqə yaradıb və bütün bu yardımlar səfirliklə koordinasiyalı şəkildə, onların təqdim etdiyi ehtiyac siyahısına uyğun olaraq hazırlanır. 

 Məğrur Salmanov,

Sitat.info



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi