Türkiyədə 2 nəfər həbs edildi - Zəlzələdən sonra...
Kiber Cinayətlərə Qarşı Mübarizə Şöbəsinin qrupları tərəfindən dağıntılar altında qalan vətəndaşları ələ salan şəxslərin evində əməliyyat keçirilib.
Türkiyə KİV-nə istinadən xəbər verilir ki, əməliyyat zamanı 3 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Şübhəli qismində saxlanılan M.B. verdiyi izahatda, "Belə bir şey olmasını istəməzdim. Mənim günahım olduğunu düşünmürəm. Ancaq yenə də peşmanam" - deyə, bildirib.
Qeyd edək ki, saxlanılan şəxslərdən 2-si artıq məhkəmə qərarı ilə həbs edilib. Digər şəxs isə şərti azadlığa buraxılıb.
Nurlan