azia.az
azia.az

Dövlət Xidmətinin 2 saylı regional bölməsi yeni ünvanda fəaliyyət göstərəcək

7-02-2023, 13:08


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin2 saylı regional bölməsi yeni ünvanda (Sumqayıt şəhəri, Sülh küçəsi, 76)fəaliyyət göstərəcək.

Bununla əlaqədar keçirilən tədbirdə Dövlət Xidmətinin nümayəndələri və sahibkarlar iştirak ediblər.

Yeni inzibati binadaDövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun Sumqayıt regional bölməsi, Azərbaycan Metrologiya İnstitutunun Şimal Regional Ərazi İdarəsi və İstehlak Mallarının Ekspertizası Mərkəzi MMC-nin Abşeron regional bölməsi də fəaliyyət göstərəcək. 

Açılış tədbirindən sonra yeni inzibati binada sahibkarlarla görüş keçirilib,  istehlakçı hüquqlarının müdafiəsi ilə bağlısahibkarların hüquq və vəzifələri barədə məlumat verilib, suallar cavablandırılıb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi