azia.az
azia.az

Burun əməliyyatı etdirən polis öldü - Gəlinliklə dəfn olundu (FOTO)

6-02-2023, 09:09

26 yaşlı Seher Kılıçcı Beylikdüzüdəki özəl tibb mərkəzində edilən rinoplastika əməliyyatından sonra dünyasını dəyişib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, S.Kılıççının yaxınları qızlarının ölmünə səbəb həkim səhlənkarlığı olduğunu iddia edib.

Gənc qadının ölümü ilə bağlı istintaq başladılıb. Onun əməliyyatdan bir neçə dəqiqə əvvəl çəkilən fotoları ortaya çıxıb.

Ata Cezmi Kılıçcı qızının həkim səhlənkarlığı ucbatından dünyasını dəyişdiyini ifadə edərək, "Qızım bacısına deyib ki, "bacı ürəyim sıxılır". Bununla bağlı həkimə də məlumat verilib.

Ancaq həkim "Bəzən xəstələr bura gələndə həyəcandan belə ola bilər, heç nə olmaz" deyib.

Qızıma narkoz veriblər, onun  ürəyi dayanıb.

Bacısını çıxarıblar, deyirlər müdaxilə edirik, amma qızım orda ölüb. Qızım öləndən sonra başqa xəstəxanaya köçürdüblər. Qızım təhlükəsizlik xidmətində çalışlrdı. Qızımı öldürdülər. Mən o həkimi günahlandırıram"

Silivri Zeki Çevik məscidində təşkil edilən dəfn mərasimində gənc qızın tabutunun üzərinə anasının xınaya bulaşdırdığı gəlinlik örtülüb.

Aysel

  • Burun əməliyyatı etdirən polis öldü- Gəlinliklə dəfn olundu (FOTO)

 Paylaş

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi