Xoşqədəm "DNT testinin nəticələrini... " belə dəyişdirib-İDDİA
Müğənni Doğuşun oğlu olduğunu deyən Seyid adlı türkiyəli gənc yenidən gündəmə gəlib.
Xəbər verilir ki, o, Xoşqədəm Hidayətqızının DNT testinin nəticələrini dəyişdirdiyini iddia edib.
Bu barədə məlumatı müğənni, yazıçı Onur Akay yayıb.
Məlumata görə, 22 yaşlı gənc Azərbaycanda verilən qan və saç testinin nəticəsinə inanmadığını bildirib və testin Türkiyədəki xəstəxanalardan birində təkrarlanmasını tələb edib:
“Xoşqədəm Hidayətqızı DNT testinin nəticələrini dəyişdirib. Oradakı DNT nəticəsini qəbul etmirəm. Testlərin Türkiyənin xəstəxanalarından birində təkrarlanmasını tələb edirəm. Atamın Doğuş olduğundan əminəm”.