azia.az
azia.az

Ərdoğan yenidən prezidentliyə namizəd olmaq hüququnu BƏYAN ETDİ

29-01-2023, 09:59

TRT məlumat yayıb ki, Ərdoğan yenidən prezidentliyə namizəd olmaq hüququnu bəyan edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin cənubundakı Dənizli vilayətində keçirilən mitinqdə çıxışı zamanı bildirib ki, hüquqi baxımdan onun yeni müddətə dövlət başçısı kimi namizədliyi irəli sürülmək hüququ var.

Ərdoğan bununla da müxalifətin Türkiyənin 2018-ci ildə parlamentdən prezident üsul-idarəsinə keçidindən sonra üçüncü müddətə namizəd olmaq hüququnun olmaması ilə bağlı bəyanatlarına belə cavab verib.

“Türkiyə 2018-ci il seçkilərində yeni hökumət sistemini seçdi. Vaxt (prezidentlik müddəti) sıfırlandı. 2018-ci ildə seçilən prezident yeni hökumət sisteminin ilk prezidentidir”, – deyə Türkiyə lideri bildirib.

Xuraman Etibarlı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi