azia.az
azia.az

Yaşıllaşdırma Təsərrüfatı Birliyinin 4 əməkdaşı həbs edildi

23-01-2023, 22:56

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Bakı Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib.

Məlumata görə BŞİH-nin tabeli qurumu olan Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşı Natiq adlı şəxs və daha 3 nəfər həbs edilib.

Məlumat üçün bildirək ki, son zamanlar mediada Yaşıllaşdırma Təsərrüfat Birliyinin sədri Həsrət Əmrahovun qanunsuz əməlləri barəsində kifayət qədər geniş məlumatlar dərc edilib.

Qeyd edək ki, BŞİH- dən xəbəri təsdiq etdilər və saxlanılan səxsin Yasamal rayonu Yaşıllaşdırma Sahəsinin rəisi Natiq Abbasovun olduğunu bildirdilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi