azia.az
azia.az

Qırğızıstan və Özbəkistan arasındakı 30 illik nifaq başa çatdı

19-01-2023, 09:25

“Qırğızıstan və Özbəkistan arasında imzalanan sərhəd sazişi bütün regionun maraqlarına cavab verir”. 

Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev belə deyib. O bildirib ki, Özbəkistanla sərhəddə 30 ildir davam edən münaqişəyə son qoyulub. Kulubayevin sözlərinə görə, Qırğızıstan və Özbəkistanın əldə etdiyi sərhəd razılaşması Rusiya, Qazaxıstan və Avropa ölkələri tərəfindən də çox yaxşı qarşılanıb.

Qeyd edək ki, Qırğızıstan-Özbəkistan sərhədinin müəyyən edilməsinə dair razılaşmaya əsasən, Özbəkistan Qırğızıstana 19 min 699 hektar torpaq verəcək. Əndican bəndinin birgə idarə edilməsinə dair müqaviləyə əsasən, bəndin yerləşdiyi 4485 hektar ərazi isə Özbəkistanda qalacaq. Özbəkistan qırğızların su ehtiyatlarına pulsuz və maneəsiz çıxışını təmin edəcək və su ehtiyatları üzərində əlavə tikililər tikməyəcək. Özbəkistanla Qırğızıstan arasında 1379 kilometrlik sərhəd var. Tərəflər uzun illərdir sərhədin 200 kilometrlik hissəsi ilə bağlı razılığa gələ bilmirdilər. 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi