azia.az
azia.az

Məşhur şirkətin türk əməkdaşı Bakıda itkin düşdü

15-01-2023, 15:50

Bakıda "Amazon" şirkətinin əməkdaşı olan Türkiyə vətəndaşı itkin düşüb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə yanvarın 14-də paytaxtın Yasamal rayonu, F.İbrahimbəyov küçəsində qeydə alınıb. 

Belə ki, həmin ərazidə yaşayan “Amazon” internet şirkətində çalışan Türkiyə vətəndaşı, 1994-cü il təvəllüdlü Bedirhan Tanış Şinasi oğlu evdən işə getmək adı ilə çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi