azia.az
azia.az

Bu ərazidə 22 dərəcə şaxta olacaq

10-01-2023, 09:54

Bu gün Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 2-4° şaxta, gündüz 0°-yə yaxın, Bakıda gecə 2-4° şaxta, gündüz 0°-yə yaxın olacaq.

Atmosfer təzyiqi normadan yüksək 780 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir qar yağacağı, duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 17-22° şaxta, gündüz 7-12° şaxta olacaq. Yollar buz bağlayacaq.redaktor.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi