azia.az
azia.az

14 yaşlı yeniyetmə görün nədən ölüb

9-01-2023, 16:31


Xəbər verildiyi kimi ötən gün Gəncədə 14 yaşlı yeniyetmə vəfat etmişdi.

“Qafqazinfo” xəbər verir ki, yeniyetmənin qızılca xəstəliyindən öldüyü məlum olub. Belə ki, ekspertizadan sonra 14 yaşlı Elnur Ulubəyovun qızılca xəstəliyi keçirdiyi aydın olub. Xəstəliyi ağır formada keçirən yeniyetmənin qəflətən halı pisləşib və şok vəziyyətinə düşərək vəfat edib.

Xatırladaq ki, Elnur Ulubəyov xəstəxanaya aparılarkən yolda vəfat etmişdi. Yaxınları yeniyetmənin qızdırması olduğunu bildirmişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi