azia.az
azia.az

Sabiq polis əməkdaşı öldürüldü

8-01-2023, 11:16

Yevlaxda keçmiş polis əməkdaşı öldürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, yanvarın 8-də saat 01 radələrində Yevlax rayonu Çənlibel qəsəbəsində 1980-ci il təvəllüdlü Anar Sadıqovun kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

"Cinayəti törətməkdə şübhəli bilinən, onun həmyerlisi 1985-ci il təvəllüdlü Ramin Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. Tərəflər arasında münaqişə şəxsi münasibətlər zəminində baş verib", - deyə DİN-in məlumatında qeyd olunub.

Qeyd olunub ki, A.Sadıqov əvvəllər Yevlax Rayon Polis Şöbəsində serjant kimi xidmət edib.

Araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi