azia.az
azia.az

Doğuşun oğlu peyda oldu-MƏHKƏMƏ QƏRAR VERƏCƏK

5-01-2023, 11:49


22 yaşlı gənc bir müddətdir Azərbaycanda yaşayan müğənni Doğuşun onun atası olduğunu iddia edərək məhkəməyə müraciət edib.


AFN.az xəbər verir ki, “Gamsız”, “Bunun adına yürek derler”, “Yalancı” və “Yemin ettim sana” kimi mahnıları ilə bir dövrə damğasını vuran Doğuş 2006-cı ildə evləndiyi Şeyma Uyğundan 2009-cu ildə boşanıb. 2014-cü ildə azərbaycanlı aparıcı və jurnalist Xoşqədəm Hidayətqızı ilə ailə həyatı qurub. Uzun müddətdir ki, gözlərdən uzaq yaşayan Doğuşun atası olduğunu deyən 22 yaşlı Seyid adlı gənc müğənnini məhkəməyə verib.

Seyid onu məhkəməyə verdikdən sonra prosesin uzanmasını istəməyən Doğuş DNT nümunəsi verərək nəticənin tez bir zamanda ortaya çıxmasını istəyib. Türkiyədən Azərbaycana gələn Seyid maraqla DNT nəticəsini gözləməyə başlayıb. Digər tərəfdən, gəncin məşhur müğənniyə bənzəməsi diqqət çəkib.

Azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızının DNT nəticəsinə görə səkkiz illik evliliyinə davam edib-etməyəcəyinə qərar verəcəyi gözlənilir.


Leyla


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi