azia.az
azia.az

“Lotu Quli”nin “oğru” qardaşının adı ən məşhur ilk beşlikdə

25-12-2022, 15:24


  • Sabiq SSRİ məkanında məşhur olan və daha sonra dünyaya nüfuz edən “oğru dünyasını”nın reytinqi müəyyən edilib. 

Cebhe.info xəbər verir ki, siyahını Rusiyanın kriminal aləm, “oğru dünyası” barədə mütəmadi xəbərlərlə tanınan “Praym-kraym” saytı tərtib edib. Siyahıda yüzlərlə “qanuni oğru”nun adı var. Onlar barələrində dərc olunan materiallara baxış sayı, yazılan materialların sayı, foto və videolar, barələrində yazılan şərhlərə görə reytinq siyahısına düşüblər. 

Siyahıda ilk beşlikdə azərbaycanlı “qanuni oğru” Namik Səlifovun da adı var. “Namik Bakinski” ləqəbi ilə tanınan Namik Səlifov “Lotu Quli” kimi tanınan mərhum Nadir Səlifovun qardaşıdır.

Siyahıda ilk yerdə “Kürd Şakro” ləqəbli Zaxari Kalaşov dayanıb. Növbəti yerlərdə müvafiq  olaraq  “Taro” ləqəbli Tariel Oniani, “Merab Suxumski” ləqəbli Merab Cvanqveladze, “Bədri Kutaiski” ləqəbli Bədri Koquaşvli dayanır. 

Siyahıda 5-ci yerdə dayanan Namik Səlifovun ümumi reytini 510 olub. O, ilk beşlikdə ən çox fotosu yayılan (184) şəxsdir. Belə fotolardan birində Səlifov qardaşları əllərindəki tapança ilə diqqət çəkirlər.

Xəzər


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi