azia.az
azia.az

SOCAR icra hakimiyyətini məhkəməyə verdi

22-12-2022, 09:14

SOCAR-ın "Azneft" İstehsalat Birliyi Suraxanı Rayon İcra Hakimiyyəti ilə bağlı məhkəməyə müraciət edib.

 

Məlumata görə, bu barədə İstehsalat Birliyi Bakı İnzibati Məhkəməsinə üz tutub.

 

Belə ki, şirkət torpaq münasibətləri üzrə sair mübahisələr barədə tələb irəli sürüb.

 

İddia Miminat Hacıbəyovanın sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Kamal Məmmədov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi