azia.az
azia.az

Talıbovlar bu oteli necə ələ keçirib?

21-12-2022, 07:55


Talıbovlar ailəsinin cüzi qiymətə özəlləşdirib öz təsərrüfatlarına qatdığı dövlət obyektlərindən biri də "Avtovağzal Otel"dir.

Bu barədə məlumatı əslən Naxçıvandan olan ekspert Heydər Oğuz öz mənbələrinə istinadla paylaşıb.

O bildirib ki, otel 2016-cı ilə qədər dövlətin nəzarətində və balansında olub:

"2016-cı ildə otel "Nəqşicahan holdinq"in mülkiyyətinə daxil olub. Otelin hansı qiymətə hərraca çıxarıldığını isə bilən yoxdur".

Ekspert analoji "özəlləşmənin" Diaqnostika Mərkəzinə də aid edildiyini vurğulayıb:

"Bu mərkəz 100 min manata özəlləşdirilmişdi. Yəqin ki, otel bundan daha aşağı qiymətə mənimsənilib".


Qeyd edilib ki, otellə bərabər, ətrafındakı 15 mağaza da özəlləşdirilib:

"Mənbənin sözlərinə görə, bu obyetlərin təkcə 2022-ci ildə 458 min 350 manatlıq dövriyyəsi olub və gəlirlər vergidən yayındırılıb".



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi