azia.az
azia.az

Bu aksiyalar məni qane etmir... - Hərbi ekspert

17-12-2022, 10:54


“Bu aksiyalar məni qane etmir. Bu soyuqda bütün çətinliklərə sinə gərən hər kəsə təşəkkür edirəm. Amma aksiya bu cür təşkil olunmamalı, tələblər fərqli qoyulmalı idi”.


Bu sözləri hərbi jurnalist, ehtiyatda olan zabit Üzeyir Cəfərov Bakupost.az -a Şuşada keçirilən etiraz aksiyaları ilə bağlı danışarkən deyib.

O, aksiyaların hərtərəfli düşünülmüş şəkildə olmadığını qeyd edib:
“Bizim əlimizə unikal şans düşmüşdü ki, Laçın dəhlizindəki yola nəzarəti həyata keçirək. Biz orada yola nəzarəti ələ keçirmək istəyirik, monitorinq keçirməyi yox. Ərazidə Dövlət Sərhəd Xidməti və Gömrük Xidmətinin postundan başqa bir şey yoxdur. Tutaq ki, bu gün onlar imkan verdi ki, bizim monitorinq qrupumuz gedib qeydlər etsin. Nə dəyişəcək? Vardanyanın Volkovla birgə qızıl və digər faydalı qazıntı biznesi var. Əlbəttə ki, şərait yaratmayacaq. 2 il yarımdır ki, Rusiya sülhməramlıları həmin ərazilərdədir. Orada ekologiyanın anasını ağladıblar. Nələr daşınıb və hələ də daşınmağa davam edir. Bizim tələbimiz bu barədə olmalı idi. Daha sərt olmalıydı ki, Volkov qonaq olduğunu hiss etsin. Biz evimizin içindəki hansısa alkaş qonağa yalvarırırq ki, yolu aç, gedib baxaq ki, orada nə var, nə yox”.



Ekspert Azərbaycana qarşı xarici təzyiqlərin güclənməsi barədə də danışıb:

“ABŞ-ın dövlət departamentinin rəsmisi də Azərbaycana qarşı təzyiqləri artıracağını deyib. Başa düşmürəm ki, Azərbaycan ərazisində Azərbaycana təzyiq niyə artmalıdır? Niyə Ermənistandan tələb olunmur ki, oradan qeyri-qanuni silahlı birləşmələri çıxarsın? Dünya da indi bizi günahlandırır ki, Azərbaycan ermənilərin qazını, yolunu kəsir. Azərbaycanın bunda nə marağı var? Bunların hamısı Rusiyanın təxribatıdır. DTX bu yaxınlarda bəyan etdi ki, orada silah sursat daşınır, Kəlbəcərdə minalar partlayıb. Yüzlərlə, minlərlə minanı ora göyərçinlər gətirməyib ki. Rusiya sülhməramlılarının nəzarət etdiyi yolla gətirilib-aparılır”.

Aynur


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi