azia.az
azia.az

Sumqayıt və bu rayon Bakıya birləşdirilir – PLAN AÇIQLANDI

9-12-2022, 16:57


Azərbaycan paytaxtının 2030-cu ilə qədər regional inkişaf planı artıq hazırdır.

Azia.az  xəbər verir ki, bu barədə Azərbaycan Memarlar İttifaqının 2017-2022-ci illər üzrə fəaliyyəti barədə İdarə Heyətinin hesabatında qeyd edilib.

Plana əsasən, yeni Bakı aqlomerasiyası Bakını Abşeron rayonu və Sumqayıt şəhəri ilə birləşdirməli və beləliklə, faktiki olaraq bütün Abşeron yarımadasını və ətraf aqlomerasiyanı əhatə etməlidir.

"Azərbaycan şəhərlərinin memarlığı günü-gündən dəyişir, daha cazibədar olur və təkrarsızlığı ilə görənləri sevindirir. Bu gün memarlıq ölkənin inkişafında prioritet istiqamətlərdən biridir. Müstəqil Azərbaycan son illər ərzində yeni inkişaf mərhələsinə qədəm qoymuş və böyük uğurlara imza atıb. Yaxın gələcəkdə bizi daha böyük dəyişikliklər gözləyir", - hesabatda bildirilib. (report.az)



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi