Hövsanda 57 yaşlı kişi başqası ilə mesajlaşan arvadına görün nə etdi — ŞOK OLAY
Bakının Suraxanı rayonunda 1965-ci il təvəllüdlü Süleyman şəxsi münasibətlər zəminində həyat yoldaşı Bahara (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin avqustun 17-də, saat 23.00-da rayonun Hövsan qəsəbəsində baş verib.
Süleyman həmin qəsəbədə kirayədə yaşadığı evdə qeyri rəsmi ər-arvad münasibətində olduğu Baharın ondan xəbərsiz mobil telefon vasitəsi ilə başqa şəxslə mesajlaşmasını bilib.
Buna görə aralarında münaqişə yaranıb. Süleyman mübahisə zamanı əl və ayaq zərbələri ilə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətlər yetirib.
Süleymanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
İş baxılması üçün Suraxanı rayon Məhkəməsinə göndərilib. Hakim Ceyhun Qədimovun sədrliyi ilə baş tutan iclasda məlum olub ki, təqsirləndirilən şəxslə zərərçəkmiş barışıb, zərərçəkmişin ondan şikayəti yoxdur.
Bu səbəbdən hakim Süleymanın barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad olunub.