azia.az
azia.az

“1200 manata dua yazdım ki, Əfqan Nelliyə bağlansın...” – Məhkəmə işi

24-11-2022, 14:50


Bakı Ağır Cinayətlər Məhkəməsində şirkətin 423 min dolları mənimsəməkdə təqsirləndirilən, həmin şirkətin kadrlar şöbəsinin müdiri işləmiş Nelli Fabriçnayanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sfera.az xəbər verir ki, prosesdə şahidlərin ifadələri dinlənilib.

 

İlkin olaraq şahid Gülçöhrə Mehdiyeva dindirilib:

 

"Uşaqlığımdan Quran dərsləri öyrənmişəm. Müxtəlif dualar yazırdım. Mehriban Atakişiyeva (şirkətdə xadimə işləyib-red) Əfqan Zeynalovun (zərərçəkmiş, şirkətin rəhbəri-red) Nelliyə daha çox bağlanması üçün dualar yazdırdı. Buna görə 1200 manat pul almışam. Nellinin atası və qardaşı üçün də barışıq duası yazmışam. Əfqan müəllimlə telefonda danışaraq hər şeyi etiraf etmişəm".

 

Bundan sonra prasesə şahid qismində cəlb olunan şahid Mehriban Atakişiyevanın oğlu Vüqar Əliyev ifadə verib. O, bildirib ki, Nelli onlara maddi yardımlar edib:

 

"Anamın çalışdığı şirkətdə sürücü kimi işə düzəlmək istəyirdim. Ancaq bunun üçün mikroavtobus almaq lazım idi. Bir qədər pul toplamışdım, anam da köməklik etdi və 29 min manata maşın aldım. Evin təmirinə 8 min pul xərclədik. Təmirin və ev üçün aldığımız məişət avadanlıqlarının pulunu da Nelli vermişdi. Daha sonra bu pulların oğurluq olması üzə çıxanda maşını 25 minə satdım. Anam ümumilikdə 70 min manatı zərərçəkmiş Əfqan Zeynalova qaytardı".

Məhkəmədə zərərçəkmiş şəxsin vəkili vəsatət qaldırıb. Zərərçəkmiş Əfqan Zeynalov təqsirləndirilən şəxsdən 706 min 646 manat tutulmasını tələb edib. Məhkəmə müşavirədən sonra vəsatəti təmin edib. Məhkəmnin növbəti iclası dekabrın 5-nə təyin edilib.

 

Xatırladaq ki, N.Fabriçnaya 2018-ci ildə Ə.Zeynalovun şirkətində kadrlar şöbəsinin müdiri vəzifəsində işləyib.

 

Zərərçəkmiş Nelli Fabriçnaya inandığından müəyyən işlər görmək üçün ona etibarnamə verib, hətta onun evindəki seyfə pullar qoyub.

 

İttihamda göstərilir ki, N.Fabriçnaya seyfdən ümumilikdə 423 min dollar pul götürüb. Həmin pulların bir hissəsini şirkətin xadiməsi olan Mehriban Atakişiyeva adlı qadına verib, bir hissəsini isə özünün keçmiş sevgilisi olan Raufa təqdim edib.

 

Qeyd edək ki, Əfqan Zeynalov Birinci Qarabağ müharibəsi əlilidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi