azia.az
azia.az

Ramiz Mehdiyev, Vasif Talıbov, Əli Həsənov… – YAP-ın yubileyinə daha kimlər dəvət olunmayıb?

23-11-2022, 12:17


Dünən hakim Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyi ilə bağlı keçirilən təntənəli mərasimdə Naxçıvan Muxtar Respublikası (NMR) Ali Məclisinin sədri, partiyanın İdarə Heyətinin üzvü Vasif Talıbov, AMEA-nın keçmiş prezidenti, YAP Veteranlar Şurasının üzvü Ramiz Mehdiyev, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov və digərləri görünməyib. Bu da mediada və siyasi kluarlarda müzakirələrə səbəb olub.

Bəzi blogerlər sosial şəbəkələrdə yazıblar ki, V.Talıbov yubileyə dəvət edilməyib və hətta bir qədər də irəli gedərək, onun mərasimin keçirildiyi Heydər Əliyev Mərkəzinin girişindən qaytarıldığını da iddia edənlər var.


Bəzi mənbələr isə Ali Məclis sədrinin dəvətli olsa da, tədbirdə iştirak etmədiyini, buna səbəb kimi son zamanlar Naxçıvanda baş verən hadisələri göstərirlər. R.Mehdiyevin yubileydə görünməməsini isə onun iqtidar üçün artıq arzuolunmaz şəxslərin sırasında olması ilə əlaqələndirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi