azia.az
azia.az

Azərbaycanda 24 illik şirkət ləğv olunur

22-11-2022, 10:10


Azərbaycanda 140 min manat nziamnamə kapitalı olan şirkət ləğv olunur.

“Ölkə.Az”ın məlumatına görə, Lənkəran rayonu, Hirkan qəsəbəsində yerləşən “Avrora-Çay” ASC ləğv olunacaq.

Səhmdar cəmiyyətinin ləğv edilməsi, ləğvetmə komissiyasının (təsviyyəçinin) seçilməsi ilə bağlı məsələ cəmiyyətin səhmdarlarının 2022-ci il dekabrın 27-i saat 11.00-da baş tutacaq növbədənkənar ümumi yığıncağında baş tutacaq. 

Qeyd edək ki, “Avrora-Çay” ASC 14.10.1998-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Quliyeva Gülqayıt Hacıəli qızıdır. Nizamnamə kapitalı 137 min 70 manat olan şirkətin sədri Möhübbət Quliyevdir.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi