azia.az
azia.az

DSX-nin hərbçisi öldü

21-11-2022, 18:33

Dövlət Sərhəd Xidmətinin hərbçiləri qəzaya düşüb.

DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, bu gün Cəbrayıl rayonunun Şükürbəyli kəndində xidmətə məxsus "UAZ" markalı avtomobil hərəkətdə olarkən "Shagman" markalı yük avtomobili "UAZ"ın hərəkət zolağına çıxıb və qəza baş verib. Qəza nəticəsində bir neçə hərbçi xəsarət alıb.

DSX-nin hərbi qulluqçusu, baş çavuş Elmir Abbasov xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.

Digər yaralıların müayinə və müalicəsi davam etdirilir.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi