azia.az
azia.az

“Özbəkneftqaz” SOCAR-ın kadrların idarə edilməsi sistemini öyrənir

21-11-2022, 08:25

Özbəkistanın “Özbəkneftqaz” şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən yaradılmış kadrların idarə edilməsi sistemindəki proseslərinin öyrənilməsinə maraq göstərir.

“Report”un Özbəkistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “Özbəkneftqaz”ın kadrlar şöbəsinin bir qrup mütəxəssisinin SOCAR-a baş tutan işgüzar səfəri zamanı məlum olub.

Məlumata görə, Özbəkistanın neft-qaz şirkəti tərəfindən xüsusilə kadrların seçilməsi və yerləşdirilməsi sisteminə, onların hazırlanmasına və təkmilləşdirilməsinə xüsusi diqqət yetirib.

Həmçinin iki şirkətin mütəxəssisləri arasında KPI sisteminin mərhələləri, strateji planlaşdırma səviyyəsi, KPI sisteminin korporativ miqyasda tətbiqi prosesində prioritetlərin müəyyən edilməsi, strateji hədəflər və göstəricilər üzrə təcrübə mübadiləsi aparılıb. SOCAR və onun struktur bölmələri ilə daha yaxından tanış olmaq məqsədilə “Özbəkneftqaz”ın mütəxəssisləri SOCAR-ın baş ofisində, “Azneft” İstehsalat Birliyinin “Bibi-Heybət” yatağında, Bakı Ali Neft Məktəbində və Qobustan Təlim Tədris Mərkəzində olublar.

Xüsusilə, Özbəkistan tərəfi dənizdəki neft-qaz platformalarında sualtı təmir işləri aparan dalğıcların hazırlığı və ixtisasartırma təlimləri üçün poliqonların fəaliyyəti ilə maraqlanıblar.

Səfər zamanı qonaqlara tədris mərkəzlərinin tədris proqramları, beynəlxalq standartlara uyğunlaşdırılmış laboratoriya və tədris avadanlıqları, əməkdaşlar üçün yaradılan şərait barədə ətraflı məlumat verilib/

Səfərin sonunda SOCAR prezidentinin kadr məsələləri üzrə müşaviri, kadrlar şöbəsinin müdiri və digər məsul şəxslərin və əməkdaşların iştirakı ilə müşavirə keçirilib. Səfərin yekunlarına və qarşıda duran vəzifələr, görülən işlər müəyyən edilib, “Özbəkneftqaz” və SOCAR arasında imzalanmış Yol Xəritəsi çərçivəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi planları müzakirə edilib.

Xatırladaq ki, işgüzar səfər “Özbəkneftqaz” ilə SOCAR arasında neft-qaz sektorunda əməkdaşlığın genişləndirilməsi məqsədilə hazırlanmış 5 iyul 2022-ci il tarixli Yol Xəritəsinə uyğun olaraq baş tutub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi