azia.az
azia.az

Qızları aldadıb Dubaya aparan qadınla bağlı qərar verildi

18-11-2022, 09:48

Bakı Apellyasiya Məhkəməsində insan alverində təqsirləndirilən Elnarə Zamanovanın barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

 

Məlumata görə, hakim Qədim Babayevin sədrlik etdiyi prosesdə qərar elan olunub.

 

Qərara əsasən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. E.Zamanova məhkəmə zalından həbs olunub.

 

İttihama görə, E.Zamanova Bakıda müxtəlif ünvanlarda yaşayan iki qadına - 1987-ci il təvəllüdlü L.Q. və 1988-ci il təvəllüdlü E.K.ya xaricdə işə düzəltmək vədi verib. Bu məqsədlə onlardan birini 2013-cü ildə, digərini isə 2016-2017-ci illərdə Türkiyənin Kırşehir şəhərinə və Dubaya aparıb. Burada isə, o, qadınları aldadıb və onlar cinsi istismara məruz qalıb.

 

50 yaşlı E.Zamanova bir müddət əvvəl saxlanılıb.

 

Onun barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri,  iki və ya daha çox şəxs barəsində törədildikdə) maddəsilə ittiham elan olunub.

 

Kamal Məmmədov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi