azia.az
azia.az

İlham Əliyevin fəaliyyəti ilə bağlı rəy sorğusunun nəticələri AÇIQLANDI

17-11-2022, 11:19

"Report"  xəbər verir ki, bu, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğusu nəticəsində məlum olub.

 

Qurumun İdarə Heyətinin sədr müavini, deputat Elşad Mirbəşiroğlu "İnam İdeksi" jurnalının 8-ci sayının təqdimatında deyib ki, rəy sorğusu vətəndaşların Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, həmçinin hakimiyyətin digər qollarına, parlament və məhkəmə təsisatlarına, yuxarı icra orqanı kimi Nazirlər Kabinetinə və yerli icra hakimiyyəti orqanlarına olan inam və etimadının öyrənilməsi məqsədi ilə keçirilib.

O bildirib ki, sorğu Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonlarında keçirilib və 1068 respondentin rəyi öyrənilib.

"Rəyi soruşulanların 94,7 faizi Prezident İlham Əliyevə etibar etdiyini söyləyib. Cəmi 2.9% respondent əsasən etibar etmədiyini, 1.3% respondent heç etibar etmədiyini qeyd edib. Respondentlərin 0.5%-i bu barədə mövqe bildirməkdə çətinlik çəkib. Rəyi soruşulanların təxminən 91 faizi isə Birinci vitse-prezident Mehriban Əliyevaya etibar etdiyini, etimad göstərdiyini vurğulayıb", - mərkəzin sədr müavini söyləyib.

E.Mirbəşiroğlu deyib ki, respondentlərin 31.6%-i Milli Məclisə tam etibar etdiyini, 31.7%-i əsasən etibar etdiyini bəyan edib: "Respondentlərin 9.8%-i qanunverici orqana əsasən etibar etmədiyini, 22.3%-i isə heç etibar etmədiyini bildirib. 4.7% respondent bu istiqamətdə fikir bildirməkdə çətinlik çəkib.

Sorğu nəticələrinin təhlilinə əsasən, respondentlərin 30.4%-i məhkəmələrə tam, 28.8%-i isə əsasən etibar etdiyini bildirib. Rəyi öyrənilənlərin 11.1%-i əsasən etibar etmədiyini, 20.7%-i isə heç etibar etmədiyini qeyd edib".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi