Xankəndi nəzarətə götürülür: hazırlıqlar başladı
Prezident İlham Əliyevin təsdiqlədiyi "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda əksini tapan sənəddə 2025-ci ilə qədər Ağdamdan Xankəndiyə qaz kəmərinin çəkilməsi, onun üzərində qaztənzimləyici məntəqələr quraşdırmaqla kəmərin qollarının tikintisi planlaşdırması nəzərdə tutulub. Doğru qərardır.
Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Xankəndiyə elektrik və internet xətləri də Ermənistandan deyil, Azərbaycanın öz ərazisindən çəkilməlidir:
Qarabağdakı ermənilər anlamalıdırlar ki, qazın, suyun, elektrikin və internetin kənardan alınması dövrü başa çatmaq üzrədir. Bu, separatçılarla yanaşı onların havadarlarına da mesajdır. Ancaq Azərbaycanın digər vətəndaşları kimi ermənilər də kommunal xidmətlərə görə dövlətə pul ödəməli olacaqlar. Bundan əvvəl isə Azərbaycan qanunları ilə yaşamağı qəbul etməlidirlər. Bundan imtina edənlər Azərbaycanı tərk etməli olacaqlar".