azia.az
azia.az

Türkiyənin Kocaeli vilayətində azərbaycanlı rəssam Təhminə Əlinin “Şuşa 270 il” mövzusunda fərdi rəsm sərgisi açılıb

29-10-2022, 23:00




İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin ( İSBAM) və  Kocaeli HEYDƏR ƏLİYEV Kültür Evinin təşkilatçılığı, eləcə də Kocaeli Böyükşəhər Bələdiyyəsinin dəstəyi  ilə Türkiyənin Kocaeli vilayətində azərbaycanlı rəssam Təhminə Əlinin “Şuşa 270 il” mövzusunda fərdi rəsm sərgisi açılıb.
 Kocaeli Süleyman Dəmirəl Mədəniyyət Mərkəzində Azərbaycanın 
“Şuşa İli”nə həsr olunan sərginin oktyabrın 28-də rəsmi açılış mərasimi keçirilib. 
Açılış mərasimində çıxış edən  Kocaeli Böyükşəhər bələdiyyəsi başqanvəkili Yaşar Çakmak,  İSBAM sədri Samir Adıgözəlli, “Heydər Əliyev” Mədəniyyət Evinin rəhbəri Bilal Dündar və digərləri tədbirin Türkiyə-Azərbaycan qardaşlığı üçün böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Azərbaycanın 44 gün davam edən Vətən müharibəsi nəticəsində otuz ilə yaxın işğal altında olan tarixi torpaqlarını azad etdiyini xatırladan çıxışçılar bu tarixi Qələbəyə gedən yolda Türkiyənin böyük siyasi və mənəvi dəstəyi ilə daim qardaş Azərbaycanın yanında olduğunu vurğulayıblar. Bu da iki qardaş ölkə arasındakı ayrılmaz bağların ən böyük nümunələrindən biridir.
Çıxışçılar Şuşa Bəyannaməsinin iki qardaş ölkə arasındakı tarixi əlaqələrin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsi, işğaldan azad edilən ərazilərdə Azərbaycan dövlətinin apardığı bərpa-yenidənqurma işlərini xüsusi vurğulayıblar.
Tədbirdə Türkiyənin Kocaeli üzrə dövlət rəsmiləri iştirak ediblər.
Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəssam tərəfindən çəkilmiş portreti Türkiyə Prezidentinə təqdim edilmək üçün ölkənin dövlət rəsmilərinə təhvil verilib.
Qeyd edək ki, tədbirlər Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilir.
İki gün davam edəcək sərgidə rəssamın yağlı boya ilə çəkilmiş ümumilikdə 35 əsəri nümayiş etdirilir.
1010


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi