Miqren xəstəliyini müalicəsində xalq təbabəti üsulları
Bitki dəmləməsi:
Gülümbahar çiçəyi, istiotlu nanə yarpağı, yemişan meyvəsi və pişikotu kökünün hərəsindən 1 xörək qaşığı, boymadərən otundan 2 xörək qaşığı götürülür. Komponentlər xırdalanaraq qarışdırılır. 3 xörək qaşığı qarışıq termosa tökülür və üzərinə 600 ml qaynar su əlavə edilir. 12 saat saxladıqdan sonra dəmləmə süzülür. 3 gün ərzində hər 2 saatdan bir 1/3 stəkan ilıq şəkildə qəbul edilir.
Bitki dəmləməsi:
3 xörək qaşığı aptek çobanyastığı çiçəyi, hərəsindən 2 xörək qaşığı pişikotu kökü və qaraqınıq otu, 1 xörək qaşığı solmazçiçəyi çiçəyini, xırdalayıb qarışdırmaq lazımdır. 3 xörək qaşığı qarışığı 600 ml qaynar suda 20 dəqiqə vam odda dəmlədikdən sonra , soyudaraq süzün. Gündə 3 dəfə 30 dəqiqə yeməkdən əvvəl qəbul edin.
Bitki-mumiya qarışığı:
Hərəsindən 3 xörək qaşığı yemişan meyvəsi və dərman bədrənc otu, 2 xörək qaşığı dazıotu və 1 xörək qaşığı damotu otunu xırdalayıb qarışdırın. Qarışıqdan 3 xörək qaşığı götürüb 600 ml qaynar suya tökərək 20 dəqiqə vam odda dəmləyin. Süzdükdən sonra 0,2 qr mumiya əlavə edib əriyənədək qarışdırın. Hər dəfə yeməkdən 30 dəqiqə əvvəl yarımstəkan için.