azia.az
azia.az

Gömrük Komitəsi: "Əməliyyat yox, yoxlama həyata keçirmişik" (YENİLƏNİB)

30-08-2022, 22:00


DTX tərəfindən Cənub Ərazi Baş Gömrük İdarəsində əməliyyat keçirilməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Gömrük Komitəsi: "Əməliyyat yox, yoxlama həyata keçirmişik" (YENİLƏNİB)
Bu barədə Qaynarinfo-ya Dövlət Gömrük Komitəsindən bildirilib.

Açıqlamada qeyd edilir ki, Dövlət Gömrük Komitəsinin aidiyyəti struktur bölmələri tərəfindən Komitənin tabeli qurumunda müvafiq yoxlama həyata keçirilib.

Nəlumata görə, "Azərterminalkompleks” Birliyinin direktor müavini, daxili xidmət polkovniki Məsumov Hüseyn Möhsün oğlu təqaüdə göndərilib. Dövlət Gömrük Komitəsində daha bir anti-korrupsiya əməliyyatı keçirilib.

Azia.az xəbər verir ki, gununsesi.info-nun əldə etdiyi məlumata görə, budəfəki əməliyyatı DTX ilə birlikdə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi keçirib.

Bu saatlarda keçirilən əməliyyat Şimal Ərazi Baş Gömrük İdarəsindəki Azterminal Birliyinin SDK Gömrük Postunda keçirilib. Tutulanlar barədə hələlik məlumat yoxdur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi