azia.az
azia.az

2 gün çimərliyə getdi, həyatının şokunu yaşadı - FOTO

28-08-2022, 23:11

2 gün çimərliyə getdi, həyatının şokunu yaşadı - FOTO
Türkiyənin Zonquldağ bölgəsində qəribə hadisə yaşanıb. Bildirilir ki, 2 gün ard-arda çimərliyə gedən 33 yaşlı Caner Arıkın başında böyük şiş əmələ gəlib. Bunu görən Arık dərhal xəstəxanaya müraciət edib və həyatının şokunu yaşayıb. Onu müayinə edən həkimlər daha əvvəl belə bir halla rastlaşmadıqlarını, şişin hansı səbəbdən baş verdiyini ayırd edə bilmədiklərini deyiblər.

Digər müayinələrin ardından müəyyən olunub ki, adətən əl və ayaqlarda müşahidə edilən ödem xəstəliyi Arıkın saç dərisində özünə yer tapıb. Allergiya müalicəsinə müsbət cavab verməyən Arık daha sonra evə buraxılıb. Şiş bədxassəli olmadığı üçün ona müalicə tətbiq edilməyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi