azia.az
azia.az

Zəif immun sisteminin 5 ƏLAMƏTİ

11-07-2022, 09:33

Zəif immun sisteminin 5 ƏLAMƏTİ

İmmun sistemi insanı tək virus və mikroblardan deyil xərçəngdən də qoruyur. Bu səbəbdən immunitetin güclü olması insanın sağlamlığı üçün çox əhəmiyyətlidir.

İmmun sisteminin zəif olduğuna hansı əlamətlər işarə edir?

Rusiya KİV-lərinə istinadla bildirilir ki, tanınmış Rusiyalı immunoloq Lyudmila Sizyakinanın sözlərinə görə, insan il ərzində tez-tez soyuqdəymə və virus xəstəliklərinə tutulursa bu zəif immun sistemindən xəbər verir. Nəzərə almaq lazımdır ki, burada söhbət uşaqlardan deyil, böyüklərdən gedir. Uşaqların immun sistemi uzun müddət ərzində formalaşdığı üçün onların tez-tez soyuqdəymə xəstəliklərinə tutulması normal sayılır. Lakin burada diqqət etmək lazımdır ki, soyuqdəymə uşaqda hər dəfə pnevmoniya, otit, tonzillit və s. kimi ağırlaşmalara gətirib çıxartmasın.

Beləliklə, böyüklərdə immun sisteminin zəif olmasına işarə edən simptomlar bunlardır:

- il ərzində tez-tez soyuqdəymə və virus xəstəliklərinə tutulmaq
- tez-tez təkrarlanan bronxit, ağciyər iltihabı

- herpes infeksiyasının tez-tez residivləşməsi

- dəridə irinliklərin, furunkulların tez-tez əmələ gəlməsi

- xroniki xəstəliklərin tez-tez kəskinləşməsi.

Həkim bildirib ki, insanın immun sistemi ilk növbədə bağırsaq mikroflorası, hormonal balans və sinir sisteminin vəziyyətindən asılıdır. Bu sistemlərdə baş verən pozulmalar immuniteti zəiflədir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi