azia.az
azia.az

Aqrar Xidmətlər Agentliyi tender qaydalarını pozub - FOTOFAKT

8-07-2022, 12:44

Aqrar Xidmətlər Agentliyi tender qaydalarını pozub - FOTOFAKT
Daha bir dövlət agentliyi tender qaydalarını pozub.

Azia.az-ın məlumatına görə, “APA-Economics” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi operativ məlumatların idarəedilməsi sistemi üzrə proqram təminatının satın alınması üzrə tenderin qalibini açıqlayıb.

Qalib şirkət "Digital Umbrella" MMC ilə 60 min manatlıq müqavilə imzalanıb. Müqaviləyə əsasən MMC 2022-ci ilin sonuna kimi Aqrar Xidmətlər Agentliyinə 7 xidmət göstərəcək.
Qeyd edək ki, "Digital Umbrella" MMC-nin 19 360 manat cari vergi borcu yaranıb. “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri isə vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir.

Aqrar Xidmətlər Agentliyi tender qaydalarını pozub - FOTOFAKT


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi