azia.az
azia.az

16 yaşlı qızla sosial şəbəkədə tanış olub, cinsi əlaqəyə məcbur etdilər - Şok etiraf

6-07-2022, 08:47


16 yaşlı yeniyetmənin ifadəsi hər kəsi şoka salıb.
16 yaşlı qızla sosial şəbəkədə tanış olub, cinsi əlaqəyə məcbur etdilər - Şok etirafTürkiyə mediasına istinadən xəbər verilir ki, Kocaelidə psixoloji problemləri olan və xüsusi təhsil alan 16 yaşlı qıza cinsi təcavüz etdiyi iddia edilən təqsirləndirilənlərin məhkəməsi başlayıb.

İddiaya görə, A.N.H. və A.Y adlı şəxslərlə görüşən B.K. müxtəlif tarixlərdə cinsi istismara məruz qalıb. Qızının hərəkətindən şübhələnən ailə ondan vəziyyəti izah etməsini istəyib. Ailə B.K-nın cinsi zorakılığa məruz qaldığını öyrənən kimi polis bölməsinə gedərək şikayət ərizəsi yazıblar. Şikayət əsasında A.N.H. və A.Y-nin ifadələri alındıqdan sonra tutularaq həbsxanaya göndərilib.

Günahlandırılan şəxslərlə sosial şəbəkə hesabı vasitəsi ilə tanış olduğunu bildirən 16 yaşlı zərərçəkmiş B.K bunları deyib:

"Sosial şəbəkədə A.N.H adlı şəxslə görüşüb bir ay danışdıq. Sonradan üzbəüz görüşdük. A.N.H məni heç kimin olmadığı bir evə apardı və mən istəmədiyim halda mənimlə cinsi əlaqədə oldu. A.Y ilə isə meşəsi olan açıq ərazidə görüşdük və o, mənimlə cinsi əlaqəyə məcbur etdi. A.Y mənimlə cinsi əlaqədə olandan sonra mənə pul verdi. A.N.H marketinq biznesi ilə məşğul idi. Mənə zəng edəndə yanına getdim və maşında mənimlə cinsi əlaqədə oldu. Mənim onlarla bir neçə dəfə əlaqəm olub. Mən şikayətçiyəm”.

Məhkəmə çatışmayan sübutların toplanması, təqsirləndirilən şəxslərin həbs-qətimkan tədbirinin davam etdirilməsi barədə qərar qəbul edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi