azia.az
azia.az

“1732 manat maaş sizə bəs etmirsə, 300 manat alan şəxs ailəsini necə dolandırsın?” – SƏRT AÇIQLAMA

21-06-2022, 19:06

“1732 manat maaş sizə bəs etmirsə, 300 manat alan şəxs ailəsini necə dolandırsın?” – SƏRT AÇIQLAMA
Zaman-zaman bəzi deputatların maaşlarının artırılması ilə bağlı çıxışlarına rast gəlirik. Təbii ki, bu kimi çıxışlar cəmiyyətdə birmənalı qarşılanmır və insanlar millət vəkillərinin məvacibinin onsuz da yüksək olduğunu deyərək onları tamahkarlıqda qınayır. Deputat Aqil Məmmədovun “maaşlarımız artırılsa, yaxşı olar” fikirləri bu məsələni yenidən gündəmə gətirib. İnsanlar cəmiyyətin daha yoxsul təbəqəsinin halına acımayıb yalnız özünü düşünən millət vəkilinə kəskin etiraz ediblər.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu isə tam fərqli fikir ortaya qoyub. O bildirib ki, təkcə millət vəkillərinin deyil, bütün xalqın əməkhaqqı və pensiyalarının artırılmasını arzulayır: “Reallıq bundan ibarətdir ki, hal-hazırda millət vəkillərinin maaşı 1700-1800 manat civarındadır. Ölkədə rüşvət və korrupsiyaya son qoymaqdan ötrü bütün məmurların maaşı 3 dəfə qaldırılmalıdır. Bundan sonra kimliyindən asılı olmayaraq korrupsiya və rüşvətə bulaşan hər bir məmur qanun qarşısında cavab verməlidir. Ona görə də, hesab edirəm ki, ölkədə millət vəkilləri daxil hər bir vətəndaşın sosial müdafiəsi gücləndirilməlidir. Bilirsiniz ki, neftin dünya bazarındakı qiyməti artıb. Hazırda büdcəyə 3 milyard dollardan artıq əlavələr daxil olub. Rəhbərlik etdiyim partiyanın arzusudur ki, bütün kateqoriyadan olan insanların əməkhaqqları artırılsın. Ölkədə rəsmi etiraf olunan 20 faizə yaxın inflyasiya var və bu, konpensasiya edilməlidir. Bizim mövqeyimiz ondan ibarətdir ki, Qarabağ qazilərinin, veteranların, şəhid ailələrinin, polislərin, müəllimlərin, həkimlərin və digər sahələrdə çalışan şəxslərin əməkhaqqları 40 faiz artırılsın. O cümlədən də, hər bir ailəyə uşaqpulu verilməlidir. Deputatlar özlərinin sosial durumunu düşündükləri kimi, xalqın vəziyyətini də fikirləşsələr daha faydalı olar”.


“1732 manat maaş sizə bəs etmirsə, 300 manat alan şəxs ailəsini necə dolandırsın?” – SƏRT AÇIQLAMA
Partiya sədri əlavə edib ki, rüşvət alıb-almamaq ilk növbədə vicdanla bağlı məsələdir: “Amma məmurlardan əlavə adi tibb bacısı və ya həkim də maaş azlığı səbəbindən pasiyentdən pul umur. Ona görə də, insanlara seçim hüququ vermək lazımdır. Yəni onların maaşını artırmaq və nəzarət etmək olar. Əgər korrupsiya əməlləri bundan sonra da davam etsə, o zaman sərt və amansız mübarizə aparıla bilər. Ümid edirəm ki, öz durumları ilə yanaşı millət vəkilləri xalqın da rifahını düşünəcəklər və hökumət qarşısında məsələ qaldıracaqlar. Həmin deputatlara sual vermək lazımdır. Əgər 1732 manat sizə bəs etmirsə, o zaman 300 manat maaş alan şəxs ailəsini necə dolandırsın?. Bəlkə bu xalq barəsində də düşünəsiniz!. Ümumilikdə isə deputatların və digər bütün vətəndaşların maaşlarının artırılmasını müsbət hesab edirəm”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi