azia.az
azia.az

Fəzail İbrahimli: "Kim deyə bilər ki, Bakı Şəhər İcra Hakimiyyəti başıcısının qapısı onun üzünə açıqdır?"

17-03-2016, 21:04

Fəzail İbrahimli: "Kim deyə bilər ki, Bakı Şəhər İcra Hakimiyyəti başıcısının qapısı onun üzünə açıqdır?" Milli Məclis təkcə qanunyaradıcılığı orqanı deyil, həm də xalqın ümid qapısıdır.

Xəbərfakt.Az Gün.Az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin (MM) martın 15-də keçirilən plenar iclasında Nazirlər Kabinetinin növbəti illik hesabatının müzakirəsi zamanı millət vəkili Fəzail İbrahimli dilə gətirib.
O, deyib ki, hətta, hökumət üzvlərindən ümidi kəsilən insanlar yenə ümid yeri kimi millət vəkillərini görürlər:
"Çünki millət vəkilləri sonuncu şikayətçini, seçicini qəbul edib, dinləyib qurtarana kimi Milli Məclisdən getmir. Ona görə də hörmətli hökumət üzvləri qapılarınızı insanların ümid yeri, elçisi olan millət vəkillərinin üzünə açın.
Var qapılar taybatay açılır, var qapılar ki, oradan bir quş da uça, icəri girə bilməz. Kimsə baş nazir Artur Rasizadədən inciyə bilər?
Onun qapısı hər zaman millət vəkillərinin üzünə açıqdır. O, məmur əxlaqı məktəbinin yaradıcısıdır. Kim deyə bilər ki, daxili işlər naziri Ramil Usubovun qəbuluna düşə bilmir? O, hər zaman millət vəkillərinə qarşı sayğılı davranışı ilə seçilir.
Bu, heç də yarınma deyil, mənim kiməsə yarınmağa ehtiyacım yoxdur.
Amma kim deyə bilər ki, Bakı Şəhər İcra Hakimiyyətinin başıcısının qapısı onun üzünə açıqdır?
Bunu kim deyərsə, adı yəqin ki, Ginnesin rekordlar kitabına düşə bilər".

Xəbərfakt.Az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi