Qoz yarpağının möcüzəvi faydaları: 1001 dərdin tək dərmanı
Qoz yarpağının möcüzəvi faydaları: 1001 dərdin tək dərmanı
Qozun yarpağı iyun ayında yığılmaya hazır hala gəlir. Qış mövsümündə qoz ağacı yarpaqlarını tökür. Yarpaqlar toplandıqdan sonra kölgə və sərin bir yerdə qurumağa qoyulur. Qurutma prosesi bitdikdən sonra isə, hava almayacaq bir şəraitdə saxlanmalıdır.
Xarici mətbuata istinadən, qoz yarpağının faydalarını sizə dətdim edilir:
-Qoz yarpağının qan durdurucu, qüvvətləndirici tonik və bağırsaqlardakı qurdları salma xüsusiyyəti var
-Yarpağın çayı, həzm problemlərində, qəbizlikdə, iştahsızlıqda və qan təmizliyində təsirlidir. Davamlı istifadə edildikdə sarılıq kimi xəstəliklərə də faydalıdır.
-Qan şəkərini salma və qüvvət verici təsiri vardır.
-Dəri xəstəliklərində antiseptik olaraq xaricdən istifadə edilir.
-Qoz yarpağı qaynadılaraq, sifilis, egzema, herpes, raşitik xəstəliklərində, sümük çürüməsində, sümük deformasyonunda, iltihablı əl və ayaq dırnaqlarında da istifadə edilə bilər.
-Qaşınan bölgələrdə qozun qabığının qaynadılmış suyu ilə duş qəbul edildikdə sağalma baş verir.
-Bu su ilə edilən duş yetkinlik sızanaqlarında, ayaq tərinə və qadınlarda gələn axıntılara yaxşı təsir edir.
-Ağız boşluğundakı iltihabı, dişəti, boğaz və qırtlaq xəstəliklərində qarqara edilir.
-Qoz yarpağının qaynama suyu çoxlu saç tökülməsində saçların dibinə masaj edərək vurulduqda yaxşı təsir verir. Bu su həmçinin bitlərin məhvi üçün də təsirlidir.
-İyunun ortasında yığılan qoz, mədə, qaraciyər və qanı təmizləyən, bağırsaq çürüklüyünü aradan götürən yeni çalar əldə edilir.
-Diqqət: içərisində olan tanen maddəsi bəzi şəxslərdə ürək bulantısına, qusmağa səbəb ola bilər. Bundan başqa heç bir yan təsiri yoxdur.
Qoz yarpağının çayı:
1) Yarım və ya bir çay qaşığı incə kəsilmiş yarpaq, bir stəkan dolu qaynar suda qaynadılır. 4-5 dəqiqə dəmlənir və süzülür. Gün boyunca 1 və ya 2 stəkan qurtum-qurtum içilir.
2) Yarım və ya 1 çay qaşığı incə kəsilmiş yarpaq, 1 stəkan soyuq suya tökülür,qaynayana qədər odda saxlayırıq və 2-3 dəqiqə az odda qaynadırıq. Gündə 2-3 stəkan içilir.
Duş hazırlamaq:
Bunun üçün 2 ovuc incə kəsilmiş yarpaq axşamdan 2-3 litr suda saxlanılır. Sabah az odda 4-5 dəqiqə qaynadıqdan sonra duş alacağınız suya əlavə edilir.SaqlamHeyat.az