azia.az
azia.az

SON DƏQİQƏ! DTX -nın həbs etdiyi icra başçısı ilə bağlı YENİ XƏBƏR: “6 milyonu ödəməyə hazıram”

27-05-2022, 15:45


Külli miqdarda rüşvət alma ittihamı ilə həbs edilmiş İmişli İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
SON DƏQİQƏ! DTX -nın həbs etdiyi icra başçısı ilə bağlı YENİ XƏBƏR: “6 milyonu ödəməyə hazıram”
Azia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, prosesdə V.Hacıyev sərbəst ifadə verib. O bildirib ki, mənimsəmə faktları ilə heç bir bağlılığı yoxdur. İcra Hakimiyyətlərinin rəhbərinin büdcədən ayrılan vəsaiti nəğdləşdirməsi mümkün deyildir: “Podratçı şirkətlər mənə pul verdiklərini deyirlər. Amma ortada sübut yoxdur. Mən də durum deyim ki, onlara filan qədər pul vermişəm. Məgər bu, sübutdur?! Niyə 8 il ərzində hüquq-mühafizə orqanlarına şikayət edilməyib?! Hörmətli məhkəmə, baxmayaraq ki, ittiham aktında göstərilən məbləğləri mən mənimsəməmişəm, amma mənimsəmə mənim dövrümdə olduğu üçün mən yaxın qohumlarımın vəsaiti hesabına dövlətə dəymiş ziyanın bərpası üçün 6 milyon manat ödəməyə hazıram. Sizdən lazımi cavab gözləyirəm”.

Daha sonra sabiq başçı qanunsuz silah saxlamada ittiham olunduğu maddə üzrə danışıb. O bildirib ki, həmin silahı illər öncə rəsmi sənədli şəkildə silah mağazasından alıb: “Silahın həqiqətən sənədli şəkildə alınmasına dair mağazaya sorğu verib cavab almışıq. Cavabı məhkəməyə də təqdim etmişik. Əgər onun patronlarının içindəki barıtın miqdarının bir neçə qram çox olduğunu yalnız ekspertiza müəyyən edə bilirsə, bir alıcı kimi mən hardan bilim ki, patronda nə qədər barıt var?!”.

V.Hacıyev rüşvət ittihamlarına cavab olaraq heç kimdən rüşvət almadığını deyib: “Mənim həbsimdən sonra yüzlərlə imişlili Prezidentə müraciət edərək azadlığa buraxılmağımı istəyib. Yaşımı və dəymiş ziyanı ödəmək niyyətimi nəzərə alaraq barəmdə humanist qərar çıxarmağınızı xahiş edirəm”.

Daha sonra dövlət ittihamçısı sabiq başçıya suallar verib. Prokuror soruşub ki, DTX-nin əməliyyatı zamanı V.Hacıyevin Bakıdakı mənzilindən çıxan 2,5 milyon dolları, 1 milyon avro, 55 min manat və digər valyutalarda çıxan pulların (ümumilikdə 6,3 milyon manat) mənbəyi hardandır. Vilyam Hacıyev pulların həyat yoldaşının babasından miras qaldığını və qohumlarına məxsus olduğunu bildirib.

O, digər sualları cavablandırmaq istəməyib.

Proses iyunun 4-də davam etdiriləcək.

Xatırladaq ki, Vilyam Hacıyev 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi