azia.az
azia.az

Professordan meymunçiçəyi ilə bağlı VACİB XƏBƏRDARLIQ: 42 yaşından aşağı olan şəxslər... VİDEO

26-05-2022, 07:49


Koronavirus bəlasından canımız yenicə qurtarırdı ki, indi də meymunçiçəyi xəstəliyi barəsində xəbərlər gəlməkdə davam edir. Düzdür, hələ ki, ölkəmizdə bu xəstəliyə rast gəlinməyib. Ancaq istənilən halda xəstəliklə bağlı məlumatlar hər kəsdə narahatlıq yaradır.
Professordan meymunçiçəyi ilə bağlı VACİB XƏBƏRDARLIQ: 42 yaşından aşağı olan şəxslər... VİDEO
Professor Adil Qeybulla 42 yaşından aşağı olan insanları daha diqqətli olmağa səsləyib. O həmçinin, ölkəmizdə bu xəstəliyə qarşı peyvənd ehtiyatı yaradılmasının vacibliyindən də danışıb.

Təbii çiçəyə qarşı peyvəndi olanlar meymunçiçəyinə ya yoluxmurlar, yoluxsalar belə çox yüngül keçirirlər. Tibb elmləri doktoru Adil Qeybulla belə bir açaqlama verib. Professor bildirib ki, peyvəndi olmayanlar üçün problem daha böyükdür. Adil Qeybulla, xüsusilə, yaşı 42-dən aşağı olanları daha diqqətli olmağa səsləyib.

Professor bildirib ki, bu xəstəliyə yoluxmamaq üçün insanların immun sistemi yüksək olmalıdır. Bunun üçün vaxtında müdaxilə mütləqdir.Buna görə ölkəmizdə sözügedən xəstəliyə qarşı peyvənd ehtiyyatı yaradılmalıdır. Çünki, təkcə meymunçiçəyi deyil, təbii suçiçəyin özü də baş qaldıra bilər. Buna görə də, qısa müddətdə karantin və profilaktik tədbirlər görülməlidir. Virusa yoluxmuş şəxslər özlərini vaxtında təcrid edib, başqa insanlarla ünsiyyətdən çəkinsələr virusun yayılma faizi az olar.

Adil Qeybulla bildirib ki, meymunçiçəyi virusu da təbii suçiçəyi ailəsinə daxildir. İlk dəfə bu xəstəlik Konqo respublikasında baş qaldırıb. Amma virusun identifikasiyası Danimarkanın Kopenhagen şəhərində keçirilib. Bu zonatik bir virusdur. Yəni heyvandan insana transfer edilir və əsasən kontakt yolu ilə həyata keçirilir. Çox az hava-damcı yolu ilə keçir. Koronovirusdan fərqli olaraq bu virusun mutasiyaya uğrama riski azdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi