Zelenski: ”Mariupolu hərbi yolla mühasirədən çıxarmaq mümkün deyil”
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Mariupol şəhərini hərbi yolla mühasirədən çıxarmaq hələ mümkün deyil.
“Report”un UNİAN-a istinadən məlumatına görə, o, bunu Kanadanın Baş naziri Castin Trüdo ilə birgə mətbuat konfransı zamanı deyib.
"Mariupol şəhərinin blokadadan hərbi yolla çıxarmaq mümkün deyil. Bu gün mümkün deyil. Və biz bu barədə açıq danışdıq. Ukraynanın Mariupolun blokadadan hərbi yolla çıxarmaq üçün elə də ağır silahları yoxdur", - Zelenski vurğulayıb.
O əlavə edib ki, hakimiyyət bu məsələni diplomatiya yolu ilə həll etməyə çalışır.
“Diplomatik yol ona gətirib çıxarıb ki, bu gün bütün mülki şəxslər blokadadakı “Azovstal” zavodundan çıxarılıb”, - dövlət başçısı bildirib.
“Rusiya hərbçiləri, Rusiya ordusu, ordu rəhbərliyi və Rusiya Federasiyasının siyasi rəhbərliyi hərbçilərimizi buraxmaq istəmir”, - Zelenski deyib.
Zelenski əlavə edib ki, Türkiyə, İsrail və İsveçrədən danışıqlar aparan şəxslər bu məsələdə kömək üçün dəvət olunub. Bundan əlavə, Fransa, Birləşmiş Millətlər Təşkilatı və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri problemi həll etməyə çalışıblar.
"Rusiya ordunu yalnız əsirləri olduqda dəyişir. Bu, Rusiya Federasiyasından cavabdır. Başqa cavab yoxdur", - Zelenski bildirib.