Bu gündən Azərbaycanda maska tələbi ləğv olundu
Bu gündən Azərbaycanda maska tələbi ləğv edilib. Ucnoqta.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv olunub. Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanları ərazisində və Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadə artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.