azia.az
azia.az

Qaxda “Təmizlik ayı”

11-04-2022, 22:16


Qaxda “Təmizlik ayı”

Qaxda “Təmizlik ayı”
Təbiətin gözoxşayan çalarları ilə canlanan, uca dağların fonunda mükəmməl bir tabloya bənzəyən ulu Qax rayonu. Qaya sərtliyini, zirvə ucalığnı, zəngin təbiət və yaşıllığın bənzərsizliyini dünyaya təqdim edən gözəl diyarım!
Təbiət səni nə qədər mükəmməl yaratsa da, bu gözəlliyi qoruyub saxlamaq üçün mütləq insan qayğısı və təbii resurslara nəzarət təbiətin təmənnasız əliaçıqlığı ilə harmoniya təşkil etməlidir.
Bu istiqamətdə aparılan işlərdən ən təqdirəlayiqi İcra Hakimiyyəti başçısının 28 mart 2022-ci il tarixli 17 saylı sərəncamı ilə 2022-ci ilin aprel ayını rayonda “Təmizlik ayı” elan etməsini göstərmək olar.
Qax rayon İcra Hakimiyyəti başçısının 28 mart 2022-ci il tarixli 17 saylı sərəncamına əsasən Ətraf mühitin məişət tullantıları ilə çirkləndirilməsinin qarşısının alınması, çirklənmiş ərazilərin təmizlənməsi və rayon üzrə məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi məqsədi ilə “Təmizlik ayı” çərçivəsində rayonda təmizlik və abadlıq işləri davam etdirilir.
“Təmizlik ayı”nda tədbirlərin mütəşəkkil olaraq keçirilməsi üçün rayon komissiyası yaradılmışdır. Komissiya tərəfindən rayon ərazisində təmizlik aparılacaq ərazilər və buna uyğun görüləcək işlər müəyyən edilərək icrasına başlanılmışdır.
Belə ki, kənd və şəhər ətrafı ərazilərin kollardan və məişət tullantılarından təmizlənməsi işləri aparılır.
Suvarma kanallarının ətrafının və meşə ərazilərinin məişət tullantılarından təmizlənməsi işləri davam edir.
“Təmizlik ayı” çərçivəsində keçirilən təmizlik və abadlıq aksiyalarında sıravi vətəndaşlarla yanaşı rayonun digər idarə və təşkilatlarının kollektivləri eyni zamanda rayon İcra Hakimiyyətinin kollektivi də iştirak edir.
“Təmizlik ayı”nda rayonun bütün sakinlərinin mütəşəkkil iştirakı sonrakı aylarda da bu ənənənin davam edəcəyinə zəmanət verir.
Həmçinin vətəndaşların məişət tullantılarının çox yığıldığı, təbiət ərazilərinin çirkləndiyi yerlər haqqında rayon komissiyasına məlumat vermələri üçün də şərqit yaradılıb.

Səhər Manafova
Qaxda “Təmizlik ayı”
Qaxda “Təmizlik ayı”
Qaxda “Təmizlik ayı”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi