azia.az
azia.az

Bu vətəndaşlar başçının umrundadırmı? - 8 ildir eyni problem...

31-03-2022, 12:06

Bu vətəndaşlar başçının umrundadırmı? - 8 ildir eyni problem...
Əslində Bakı şəhərindəki istifadə müddəti keçmiş, yaxud müasir tələblərə cavab verməyən, qəzalı evlərin sökülüb yerində müasir binaların tikilməsi cənab Prezident İlham Əliyevin xoşməramlı təşəbbüsü idi.
Və hər dəfə cənab Prezident deyir ki, sökülən evlərin sahibləri daha geniş mənzillə təmin edilməli, yaxud mülkiyyətin dəyəri yüksək səviyyədə ödənilməlidir.
Bundan yaxşı nə ola bilərdi..? Amma…
Əmması odur ki, neçə illərdir evləri sökülən sakinlərin problemi davam edir.
Hətta nəinki ev sahibləri, hətta həmin ərazidə olan obyekt sahiblərinin də pozulan hüquqları barədə Gündəlik-Bakı dəfələrlə yazıb.
Yəni indi yazacağımız problem çoxdan köhnəlib.
Bir daha deyirik ki, cənab Preizdent sakinlərin razı qalması üçün hətta “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun qəbul olunmasına da təşəbbüs göstərdi.
Bəli, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna uyğun olaraq, ərazidəki evlər və obyektlərin real bazar qiymətləri müstəqil qiymətləndirmə şirkətinin iştirakı dəyərləndirilməli idi.
Sonra həmin sakinlərlə notarial qaydada alqı-satqı müqaviləsi bağlanmalı, müvafiq banklarda sakinlərin adına hesab açılmalı və məbləğ həmin hesaba köçürülməli idi. Yəni hər şey könüllü və razılıq əsasında olmalı idi. Amma…
Əmması odur ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, vətəndaşların fərdi evlərinin altındakı qanuni istifadəsində olan torpaqlar onların şəxsi mülkiyyətidir.
Bəli, icra hakimiyyətləri, sökülən evlərə görə az-çox təzminat versə də məhz torpağa görə, ev sahiblərinə təzminat verməyiblər. Bu isə sakinlər arasında ciddi narazılığa səbəb olub.
Belə olanda KÖNÜLLÜ və RAZILIQ məsələsi keçib lap arxa plana. Və icra orqanları məhkəmə yolu ilə vətəndaşların evlərini söküblər. Yəni tərəvəz məsələsi…istəsən də istəməsən də…
Bu proses Bakının müxtəlif ərazilərində baş verib. Ən ağrılı yer isə Yasamal rayonu olub.
Məlumat üçün qeyd edək ki, 2014-cü ilin fevralında keçmiş “Sovetski” ərazisindəki evlərin sökülməsinə başlandı. Rəsmi məlumata görə, 26 hektardan çox ərazidə ümumilikdə 1920 ev sökülməli idi.
Və bu məsələ ilə bağlı narazılıq düz 8 ildir ki, davam edir.
Belə ki, birincisi, vətəndaşların pulu tam ödənilməyib, ikincisi, yuxarıda qeyd etdiyimiz kimi vətəndaşların fərdi evlərinin altındakı torpaq sahəsinə təzminat verilməyib, üçüncüsü 50-dən çox ev sahibi razılıq əsasında deyil, məhkəmə qərarı əsasında evlərindən zorla çıxarılıb və s.
İcra hakimiyyəti bəzi ev sahiblərinə deyib ki, “kupça”nız yoxdur. Amma yuxarıda qeyd etdiyimiz kimi, əslində “kupça”ya ehtiyac yoxdur. Çünki “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununu bu məsələdə əsas rol oyanır. Yuxarıda qeyd etdiyimiz kimi evin altındakı torpaq vətəndaşın şəxsi mülkiyyətidir.
Sözün qısası, qanunlar vətəndaşların tərəfində olsa da, bəzi məmurlar, icra orqanları, məhkəmə hakimləri rüşvətin tərəfindədir.
Yuxarıda qeyd etdiyimiz kimi Yasamalda evləri sökülənlərin narazılğı neçə ildir ki, dayanmır.
Belə sakinlərdən biri də Qafur Həsənovdur.
Qafur Həsənov mediaya deyib ki, evin təzminatı olaraq təklif olunan məbləğlə razılaşmadım. Sonra icra hakimiyyəti orqanları məhkəməyə müraciət etdi. Məhkəmə icra hakimiyyətinin lehinə qərar çıxardı. Məhkəmə qərarına görə, sökülməli olan evimdən çıxmalıyam. Kompensasiya olaraq icra hakimiyyəti orqanları mənə 123 min manat ödəməlidir. Amma icra orqanları pulu ödəmir, üstəlik torpağa görə təzminat da vermirlər.
Yeri gəlmişkən, bu problemin yaranmasında Yasamal RİH başçısının 1-ci müavini, sonradan Tərtərin, daha sonra Kürdəmirin icra başçısı olmuş, hazırda məhbus həyatı yaşayan Ceyhun Cəfərovun dostu və biznes şəriki Elnur Abbaszadənin də xeyli rolu olub.
Söhbət hazırda Yasamal RİH-də sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olan Elnur Abbaszadədən gedir.
Qısa məlumat üçün bildirək ki, hazırda həbsxana həyatı yaşayan Ceyhun Cəfərov Yasamal RİH-də 1-ci müavin olarkən onların ciddi biznes əlaqələri başlayıb. Və Elnur Abbaszadə tez-tez həbsxanadakı Ceyhun Cəfərova baş çəkir.
Hətta Qarabağ qazisi olan şəxs Elnur Abbaszadədən 25 min manatını tələb edir.
Bir sözlə,Yasamalda 8 ildir tragikomediya davam edir.
Qarşı tərəfəin mövqeyini dərc etməyə hazırıq.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi