azia.az
azia.az

Goranboy RİH-in BOZ KARDİNAL müavini Rafət Qurbanovun əməlləri…- Rafət Qurbanov fermerin torpaq sahəsini zəbt edib….

1-03-2022, 17:19


Goranboy RİH-in BOZ KARDİNAL müavini Rafət Qurbanovun əməlləri…- Rafət Qurbanov fermerin torpaq sahəsini zəbt edib….
QULİYEV Nizaməddin gedir, QULİYEV Məhərrəm gəlir, ancaq Goranboy düzəlmir…

Qarabağ qazisi Goranboyda QAMIŞ daxmada yaşayır…
Goranboy RİH-in BOZ KARDİNAL müavini Rafət Qurbanovun əməlləri…- Rafət Qurbanov fermerin torpaq sahəsini zəbt edib….
Goranboy Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyevin həbsindən sonra Məhərrəm Quliyevin rayona rəhbər təyin olunması vətəndaşlarda ümid yaratdı ki, vəziyyət müsbətə doğru dəyişəcək.
Amma təəssüf ki, belə olmadı.
Nizaməddin Quliyevin vaxtında vəzifəsindən azad edilən Rafət Qurbanov 10 aydan sonra Məhərrəm Quliyev tərəfindən vəzifəsinə bərpa olundu.
Biz Gündəlik-Bakı olaraq nə Nizaməddin Quliyevin, nə də Məhərrəm Quliyevin qərarlarını doğru-yalan olduğunu təftiş etmirik. Amma…
Əmması odur ki, Rafət Misir oğlu Qurbanov haqlı olaraq vəzifəsindən azad edilmişdisə, Məhərrəm Quliyevin onu yenidən köhnə vəzifəsinə bərpa etməsi nə maraq daşıyırdı...?
Nə isə, Rafət Qurbanov 10 aydan sonra yenidən köhnə vəzifəsinə, yəni başçının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri postuna təyin edildi. Hətta …
Bəli, Rafət Qurbanov hətta medal da aldı.
İndi görək, yenidən vəzifəsinə qayıdan, hətta medal alan Rafət Qurbanov haqqında Goranboy camaatı nə deyir..?
Vətəndaş ölkə başçısı İlham Əliyev və I Vitse-Prezident Mehriban xanım Əliyevaya üz tutaraq yerli icra orqanındakı məsul şəxslərin vəzifəsindən sui-istifadə hallarından dad edərək, İMDAD DİLƏYİR. Vətəndaş deyir ki, 15 ildir otlaq sahəsi kimi istifadə etdiyim ərazini Rafət Qurbanov zəbt edib.
Fermer deyir ki, 15 ildir heyvandarlıqla məşğulam, 15 ildir örüş yeri kimi torpağı icarəyə götürmüşəm, amma…
Təsəvvür edirsiniz, fermerin haqlı olması ilə bağlı məhkəmə qərarı var, amma icra başçısının müavini Rafət Qurbanov məhkəmə qərarını boş kağız hesab edir.
Bu adama başa salan yoxdur ki, məhkəmə dövlətin adından qərar verib, sən kimsən onu icra etməyəsən..?
Hətta Rafət Qurbanov qarşı tərəfə hədə-qorxu gəlir…
Fermer bildirir ki, bacısı oğlunun ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aktiv iştirak edib, qəhrəmancasına şəhid olmasına belə qiymət verməyən Goranboy Rayon İcra Başçısı Məhərrəm Quliyev, vətəndaşa “mənim üçün “Qarabağ” maraqlı deyil. Əgər siz bu torpaq sahəsini tərk etməsəniz, başınıza min bir müsibət gətirəcəm. Bununla bağlı şikayətinizi də hara istəyirsiz, kimə istəyirsiz edə bilərsiz.
Başqa bir şikayət ərizəsində Qarabağ qazisi QAMIŞ DAXMADA yaşamasından gileylənir.
Və Qarabağ qazisi göz yaşları içində icra hakimiyyəti tərəfindən get-gələ salındığını deyir: “Gəlin, bizim yaşamağımıza baxın, gör nə gündə yaşayırıq. Bu, yaşamaq deyil. İcra başçısına yaxınlaşmışam, deyir get sabah gələrsən, birisi gün gələrsən”.
Sözün qısası, Goranboyda vəziyyət dözülməz həddə çatıb. My Webpage
Rafət Qurbanov kimi məmurlar vətəndaşları deyil, öz şəxsi maarqlarını güdürlər.
Axı, cənab Prezident deyir ki, biz xalqın xidmətçiləriyik…
Siz nə düşünürsünüz, cənab Məhərrəm Quliyev, cənab Rafət Qurbanov…??
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi