azia.az
azia.az

Generalın adı hallanan dələduzluq – FOTO

11-03-2022, 13:13

Generalın adı hallanan dələduzluq – FOTO
Nəzərinizə çatdıraq ki, bu yaxınlardatın “Bakıda tibb bacısından şok əməl” başlıqlı məqalə dərc etmişdik. Məqalədə Silahlı Qüvvələrin Baş Klinik Hospitalın nevrologiya şöbəsində tibb bacısı işləyən Məmmədova Samirə Famil qızının Tovuzda yerləşən N saylı hərbi hissədə qulluq edən 3 nəfər MAXE-dən üst-üstə 24.000 manat rüşvət alaraq onların təqaüdə çıxmalarına kömək edəcəyini vəd etməsindən, onun bu pulu güya general Elxan İbrahimova verdiyini iddia eməsindən, üstündən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq həmin şəxslərin işini görməməsindən və hər dəfə müxtəlif bəhanələr gətirərək pullarını da geri qaytarmamasından bəhs etmişdik. Redaksiyamıza həmin tibb bacısı ilə bağlı yeni məlumatlar daxil olmuşdur. Belə ki, bizə daxil olan məlumatlara görə S.Məmmədova həmin hərbçilərin sənədlərini Ümumi cərrahiyyə bölməsinin rəisi, tibb xidməti polkovniki Rövşən Çobanov və Ümumi terapiya bölməsinin rəisi, tibb xidməti polkovniki Cəmil Tahirovun köməkliyi ilə həll edəcəyini vəd etmişdir. Tibb bacısı iddia edir ki, onlardan aldığı pulları da bu iki polkovnikə və general E.İbrahimova şəxsən vermişdir. Hərbçilərə aid sənədlərin bir hissəsinin surəti bizdə var və məxfiliyi qoruyaraq onları oxucularımıza təqdim edəcəyik. Ümidvarıq ki, Respublika Hərbi Prokurorluğu zamanında lazımi tədbirlər görərək günahkarları cəzalandıracaqdır.

Generalın adı hallanan dələduzluq – FOTO
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.
Generalın adı hallanan dələduzluq – FOTO
Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi