azia.az
azia.az

AAYDA 8 ildir ancaq PUL SİLİR... - NARAZILIQ!

10-03-2022, 22:25

AAYDA 8 ildir ancaq PUL SİLİR... - NARAZILIQ!
2014-cü ildən təmirinə başlanılan Zığ-Hövsan yolunda tikinti işləri 8 ildir ki, tamamlanmır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansında olan yol 2015-ci il Avropa oyunlarının başladığı tarixdə bitməsi planlaşdırılırdı. Amma planlaşdırılan müddətdə nəinki işlər yekunlaşdırıldı, üzərindən 7 il keçməsinə baxmayaraq hələ də yolun təmiri bitməyib.

Cebhe.info xəbər verir ki, Azərbaycan Avtomobil Yoları Dövlət Agentliyi məsələ ilə bağlı mətbuata açıqlamalarında yolun daxili investisiya hesabına tikinti həyata keçirilən yollardan biri olduğunu bildirib. Ona görə də Hövsan-Zığ yolunun inşası bu qədər uzun zaman aparır.

Xatırladaq ki, Hövsan yolu 2014-ci ildən təmirə bağlanıb. İlkin olaraq 2015, sonra isə 2018-ci ildə inşasının bitməsi planlaşdırılan 7 kilometirlik yolda təmir işləri ləng və fasilələrlə, maliyyə vəsaiti ayrıldıqca aparılır. Əsaslı təmiri bitməyən yolda vaxtaşırı qəzalar baş verib və xeyli sayda ölüm olub.

Yolun yenidən qurulması işlərinin bu qədər uzanması qəsəbə sakinləri ilə yanaşı, sürücüləri də ciddi narahat edir.

Qurumun məsələyə münasibətini isə bəlkə də ötən ilin 23 sentyabrına qədər qəbul etmək olardı. Amma Prezident İlham Əliyevin sərəncamlarından sonra AAYDA-nın bəhanəsi keçərsizdir.

Belə ki, Prezident İlham Əliyevin 2021-ci ilin 23 sentyabrında imzaladığı sərəncamla Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur və Hövsan qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 6,0 (altı) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Bunun ardınca, daha dəqiq desək 2021-ci ilin 10 oktyabrında Prezident İlham Əliyevin sərəncamı ilə Zığ-Hövsan yolunun inşası üçün daha 4.9 milyon manat ayrılıb.

Sərəncama əsasən, əlli səkkiz min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Zığ–Hövsan avtomobil yolunun yenidən qurulması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 4,9 milyon (dörd milyon doqquz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Sərəncamların imzalanmasından 6 aya yaxın müddət keçsə də, hələ də Zığ-Hövsan yolunda təmir yekunlaşdırılmayıb. Qeyd edək ki, 7 kilometrlik ikitərəfli 4 zolaqlı yolun yalnız bir hissəsində təxminən 1 kilometrlik yol və magistral yolun üzərində karkası qurulan, amma yekunlaşdırılmayan 2 yerüstü keçid qalıb. Amma AAYDA 6 aylıq zaman və 4.9 miylon manatla Zığ-Hövsan yolu təhvil verə bilmir. Qeyd edək ki, hazırda ərazidə AAYDA-nın texnikalara olsa da, heç bir iş görülmür.
AAYDA 8 ildir ancaq PUL SİLİR... - NARAZILIQ!
Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi