azia.az
azia.az

ƏMDX-nın, Nizami RİH-in Qarabağ qazisinə qarşı korrupsiya əməlinə hüquq qiyməti verilmir

8-03-2022, 12:58

Kərəm Həsənov , Tahir Budaqov Konstitusiyadan üstündürlər?
ƏMDX-nın, Nizami RİH-in Qarabağ qazisinə qarşı korrupsiya əməlinə hüquq qiyməti verilmir
Baş prokurorluğun korrupsiya ilə bağlı şikayətləri qəbul edən 161 qaynar xəttinin fəaliyyətə başlamasının 11 ili martın 3-də tamam olur. Bu sətirlərin yazarının Xətai məhkəməsinin 2 qətnaməsi (!) ilə istifadəsinə verilən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev -10a ünvanındakı otaqları borclular ƏMDK və Nizami RİH-in saxta şəhadətnamə ilə ələ keçirib satmalarına dair şikayətlərini 11 ildir 161 xidməti yüzlərlə dəfə qeydə alsa da, bircə dəfə də olsun adi izahatı belə alınmayıb ! (?) Birinci dəfə 11 il qabaq zəngi qəbul edən prokurorluq əməkdaşı ƏMDK -nın rəis müavini Rafiq Cəlilovun adını eşidən kimi, şikayəti qəbul edə bilməyəcəyini deyib danışığı bağladı. Elə həmin 2011-ci il tarixli Rafiq Cəlilovun sədrin yerinə imzaladığı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin köhnə tarixə 8200 manatlıq saxta alqı-satqı şəhadətnaməsi ilə məhkəmənin 2 il qabaq qaziyə sahibkarlıq amacı ilə verdiyi otaqlar rayon sakini olmayan uşağın (Hüseynov Aydın Bəxtiyar oğlunun) “mülkiyyətinə” verilib. İndi 11 ildir nə ali dövlət hakimiyyəti orqanları , nə ombudsman, nə Konstitusiya Məhkəməsi , nə Ədliyyə Nazirliyi , nə də baş prokurorluq və yanındakı korrupsiyaya qarşı mübarizə baş idarəsi borclu dövlət qurumlarının rəhbərlərinə başa sala bilmir, ya da salmaq istəmir ki, saxta-doğru heç bir şəhadətnamə dövlətin adından çıxarılan məhkəmə qərarından üstün ola bilməz. Heç korrupsiyaya qarşı mübarizə baş idarəsinin qaynar xətt xidmətinin əməkdaşları da məhkəmə qərarlarının icra olunmamasını korrupsiya saymır. Korrupsiyanın başında dövlət qulluqçularının dayanması bəhanəsi ilə. Oysa “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində dövlət qulluqçularının korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektlərindən olmaları doğrulanıb. Ümumiyyətlə, korrupsiya - dövlət və qeyri-dövlət orqanlarında çalışan şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özlərinin, qohumlarının , yaxud qondarma şəxslərin adına maddi nemətlər, imtiyazlar və güzəştlər əldə etmələri və bunları digər vəzifəli şəxslərə təklif , vəd etmələri cinayətidir . Konkret halda isə ƏMDK -nın və Nizami RİH-in keçmiş başçıları hazırda Prezident köməkçisi görəvi daşıyan Kərəm Həsənov və Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov hətta baş prokurora və yanındakı korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisinə də görəvlərini icra etməyə qadağa qoyublar. Bəli, bəli, baş prokurora Prezident köməkçisi Kərəm Həsənov “nəzarət edir”. Oysa “Prokurorluq haqqında” 07.12.1999 tarixli, 767-lQ saylı Azərbaycan Respublikası Qanununun Vlll (“Prokurorluğa nəzarət”) fəslinin 43 və 44 -cü maddələrində baş prokurorun Milli Məclisə, Azərbaycan Respublikasının Prezidentinə , istintaq edilən cinayət işləri istisna olmaqla, prokurorluğun fəaliyyəti haqqında məlumat verməsi doğrulanıb. Bəs niyə baş prokuror Prezidentə köməkçisinin əməlindən məlumat vermir, əksinə, Kərəm Həsənovun “dövlət nəzarətinə” boyun əyin əyir?

Kərəm Həsənovu və Tahir Budaqovu Bəhruz Nuriyev -10a ünvanındakı otaqları ələ keçirməkdə suçlamağımız bu şəxslərin iki məhkəmə qərarı ilə borclu edilən qurumların başında dayanmalarından qaynaqlanır. Bu şəxslər görəvlərindən, statuslarından məhkəmə, ədliyyə, polis, prokurorluq orqanlarına, Ombudsmana basqı yapmaqla yararlanırlar. Yəqin ki, bu qurumlara da müəyyən imtiyaz, güzəşt , əmlak verməklə. Yoxsa, Ədliyyə Nazirliyinin icra baş idarəsinin , Xətai və Nizami icra şöbələrinin görəvlərindən imtina etmələri, ombudsman aparatının hansısa məktubu, şəhadətnaməni dövlətin adından çıxarılan məhkəmə qərarından üstün tutması , baş prokurorluğun və yanındakı korrupsiyaya qarşı mübarizə baş idarəsinin 13 ildir adi izahat belə almamaları nədən qaynaqlana bilər? Belə çıxır, prokurorluq korrupsiyaya qarşı yox, korrupsiya uğrunda mübarizə aparır?

Bu gün baş prokurorluğun 961 çağrı mərkəzi 4 ay qabaqkı kimi , “birləşdirməyə söz versə” də, sözünə xilaf çıxdı. 161 qaynar xətti yarım saatlıq “qaynarlıqla” şikayəti qeydə aldı. Bu, son 4 ayda 6-cı qeydiyyatdır. Görəsən, Kərəm Həsənov Prezident köməkçisi statusundan yenə də Qarabağ qazisinə qarşı yararlanacaq, ya 13 ildir “borclu” statusundan yararlanıb işğal etdiyi otaqlardan çıxacaq ?

Məğrur Bədəlsoy


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi